Bakının mərkəzində tıxacları azaldacaq yeni həll yolu
Abşeron dəmir yolu xəttində sərnişin sayının artması, şəhər daxilində mövcud stansiyaların yükünün daha səmərəli şəkildə bölüşdürülməsi məsələsini yenidən gündəmə gətirib. Hazırda sərnişin axını əsasən Bakı Sərnişin stansiyası və 28 May üzərində cəmləşir ki, bu da uzunmüddətli perspektivdə optimal yanaşma sayılmır.
Minval.info xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev Keşlə stansiyasının şəhərdaxili alternativ sərnişin qovşağı kimi inkişaf etdirilməsi məsələsini gündəmə gətirib. Onun sözlərinə görə, Keşlənin əlverişli coğrafi mövqeyi, Nərimanov, Bakmil, Dərnəgül və Ulduz istiqamətlərinə çıxış imkanları ilə böyük potensiala malikdir.
Ekspertin fikrincə, Keşlədə yalnız dəmir yolu dayanacağı deyil, həm də şəhər avtobusları, metro, piyada və mikromobillik imkanlarını birləşdirən Nəqliyyat Mübadilə Mərkəzi yaradılmalıdır. Bu, sərnişinlərin müxtəlif istiqamətlərə daha rahat çıxışını təmin edəcək.
Ağamirzəyev əlavə edib ki, dəmir yolunun altından təhlükəsiz və birbaşa piyada keçidinin yaradılması, Keşlə stansiyasının ətraf ərazilərlə əlaqəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Onun sözlərinə görə, Bakı Sərnişin stansiyasından sonra Keşlə şəhər daxilində sərnişin qovşağı kimi ən böyük potensiala malik məntəqələrdən biridir.
Ekspert qeyd edir ki, Abşeron xəttində hərəkət edən qatarların Keşlədə dayanmasının təmin edilməsi, sərnişin axınının bölüşdürülməsinə və 28 May stansiyasının üzərindəki yükün azalmasına şərait yarada bilər. Bu, şəhər daxilində nəqliyyatın səmərəliliyini artırmaqla yanaşı, insanların təyinat məntəqələrinə daha yaxın nöqtələrdən dəmir yolundan istifadə etməsini təmin edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Parlamentdə radikal qruplara qarşı sərt tədbirlər təklif edildi
Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir
Milli Məclisdə süni intellekt və sosial media ilə bağlı qanun təklifi
İran danışıqlar üslubunu dəyişir: yeni strategiya nədir?
Ərdoğanın BMT çağırışı: veto hüququ ləğv edilə bilərmi?
Mərakeşdə Fatimə Zəhra Mansuri ilk qadın baş nazir təyin edildi