İsmayıllıda narkotik sərxoşluğu ilə maşın idarə edən sürücü müəyyən olunub
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Minval”a verilən məlumata görə, Gülağa Cəbiyevin idarə etdiyi “VAZ-21099” markalı avtomobilin işıq cihazları nasaz olduğu üçün yol polisi əməkdaşı tərəfindən nəzarət qaydasında saxlanılıb. Yoxlama zamanı sürücünün narkotikin təsiri altında olmasına dair şübhələr olduğundan onun tibbi müayinədən keçirilməsi təmin edilib və müayinənin də nəticəsinə əsasən G.Cəbiyevin narkotik vasitə qəbul etdiyi sübuta yetirilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə protokol tərtib edilərək barəsində qanunamüvafiq tədbir görülüb.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib