İsmayıl Abdullayev şərhçilikdən uzaqlaşdırıldı - Efirdə dediyi bu sözlərə görə
İngiltərə Premyer Liqasının ilk turunda keçirilən və “İdman Azərbaycan” telekanalı vasitəsiylə canlı yayımlanan “Mançester Yunayted” – “Çelsi” matçı zamanı irqçiliyə yol varən şərhçi İsmayıl Abdullayev 1 ay müddətinə efirdən uzaqlaşdırılıb.
Minval.info xəbər verir ki, bu barədə Abdullayevin özü İnstaqram hesabında paylaşım edib:
“Gözünüz aydın! Bir ay müddətinə şərhlərdə olmayacam. Bilmirəm, qayıdacam, yoxsa yox”.
Qeyd edək ki, həmin oyun zamanı şərhçilər Tərlan Şahinoğlu ilə İsmayıl Abdullayev arasında dialoq yaşanıb. Şahinoğlu “Çelsi”nin qaradərili futbolçusu N’Golo Kanteni nəzərdə tutaraq, “Kante geriyə qayıtdı, özünü oda atdı, amma yanmadı” deyib. İsmayıl Abdullayev isə cavabında “Yansaydı da, rəngində bir fərq olmayacaqdı” söyləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir