İşıq pulu niyə çox gəlir?
Yay aylarında elektrik enerjisinə tələbat artır.
Bu səbəblə, digər aylarla müqayisədə iyul, avqust aylarında elektrik enerjisindən istifadə edən abonentlər daha çox pul ödəyirlər.
“Abonentlər nə qədər enerji istifadə edirsə, o qədər də bildiş verilir”.
Minval.info xəbər verir ki, bu sözləri Metbuat.az-a açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
Onun sözlərinə görə, kiminsə bununla bağlı narahatlığı varsa, müraciət edə bilərlər:
“Təbii ki, isti havalarda sərfiyyat çoxalır. May ayına nisbətdə iyul ayında elektrik enerjisinin sərfiyyatı artıb. Əksər insanın evində kondisioner var. Kondisoner işləyəndə sərfiyyat artır. Abonentlər işlətdikləri enerjinin dəyəri qədər ödəniş edirlər”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada minlərlə insan etiraz aksiyası keçirdi
Ömürlük məhbusların azadlığa gedən yolu açılır - təfərrüat
Duqina buna görə öldürüldü
Dövlət rəsmiləri və diplomatlar Bərdədədir
Bakıda yağ oğrusunu döyən direktor və satıcılar saxlanıldı - VİDEO
Deputat: "Pis qoxu gəldiyi üçün mən də metroya minmirəm"