İşıq limitinə baxılması üçün araşdırmalar aparılır
Təbii qazın güzəştli tariflə illik istehlak limitinə baxıldı, işıq limitinə baxılması üçün araşdırmalar aparılır.
Minval.info xəbər verir ki, bunu modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.
V.Əhmədov qeyd edib ki, işıqla bağlı məsələnin həllini tapması üçün ciddi təhlillər aparılmalıdır:
“Bu təhlillər aparılmadan, limitin artırılması düzgün deyil. Yayda və qışda istehlak olunan enerjiyə artan tələbat nəzərə alınaraq, qərar verilməlidir”.
Qeyd edək ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisinin tarifi 300 kilovat-saatadək 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır