İşğaldan azad ərazilərə 17 milyonluq vergi güzəşti
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən müəssisələr, o cümlədən sənaye parkları, idxal olunan texnika, texnoloji avadanlıqlar və xammallar üçün 17,4 milyon manat dəyərində vergi və gömrük rüsumlarından azadolma əldə ediblər.
Minval.info xəbər verir ki, bu ərazilərdə investisiya mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı məqsədilə müxtəlif dəstək mexanizmləri tətbiq olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 2033-cü il 1 yanvar tarixinədək müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, habelə xammal və materialların idxalı zamanı əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumundan azaddırlar.
Bu güzəştlər çərçivəsində bölgədə tekstil, tikinti materialları, elektrik avadanlıqları, nəqliyyat vasitələri və digər sənaye məmulatlarının istehsalı həyata keçirilir. Güzəştlərdən yararlanmaq üçün sənədlər fiziki və elektron formada qəbul edilir. İdxalı nəzərdə tutulan texnika və avadanlıqların siyahısı Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli qərarı ilə təsdiq edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rasim Balayevin unudulmaz abidəsi Fəxri xiyabanda
Jeacoo J8-in 19 900 km-lik sınağı davam edir!
Tofiq Bakıxanovun vəfatı: Mədəniyyətimizdə böyük itki
Bakıda sabah güclü külək əsəcək!
Tofiq Bakıxanov: Azərbaycan musiqisinin yorulmaz təbliğatçısı
Bakı metrosu "Sabah" oyunu üçün gecə işləyəcək
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur