"İşğal olunmuş Azərbaycan ərazilərində terrorçu qruplar yaradılır"
“Narkotik maddələrin Azərbaycana əsasən qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd edilir”.
Minval.info ONA-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın (IDEC) açılış mərasimində Azərbaycanın Baş nazirinin müavini Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, son dövrlər narkotiklərin Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilməsinə qarşı mübarizə gücləndirilib, qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
Baş nazirin müavini qeyd edib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində narkotik vasitələrin becərilməsindən əldə edilən vəsaitlə yeni silahlar alınır, terrorçu qruplar yaradılır və həmin terrorçu qruplar dünyadakı münaqişə ocaqlarına göndərilir: “Bu isə təhlükənin miqyasını daha da artırır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?