İsgəndər Həmidov ürəyindən əməliyyat olunacaq
Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov dünəndən ürəyində yaranan problemlər səbəbi ilə xəstəxanadadır.
Məsələlə bağlı moderator.az -a danışan İ.Həmidov ürəyində ağrıların olduğunu deyib: “Səhər saatlarında birdən-birə ürəyimdə ağrılar oldu. Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusuna gəldim. İndi ürəyimi anju edəcəklər və lazım olarsa, stend qoyulacaq. Diqqətiniz üçün hamınıza təşəkkür edirəm”.
İsgəndər Məcid oğlu Həmidov 1948-ci il oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirib. 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının liderlərindən olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-na qədər daxili işlər naziri vəzifəsində çalışıb.
1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusu həbsdən azad etmək, “İstiqlal” qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.
Məcid və Nofəl adlı oğulları var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"