İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il həbs
“Progress-2016” MTK-nın rəhbəri Emil Səməndərovun məhkəmə prosesi yekunlaşıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda Emil Səməndərovun xüsusilə külli miqdarda dələduzluq ittihamı ilə təqsirli bilinərək 13 il həbs cəzasına məhkum edilməsi qərara alınıb. İttihamlar, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiqlənib və Səməndərovun eyni mənzili bir neçə nəfərə satdığı sübuta yetirilib.
Minval.info xəbər verir ki, Emil Səməndərov, məşhur iş adamı İsfəndiyar Axundovu məhkəməyə verməsi ilə də gündəmə gəlmişdi. Buna səbəb, Şərurlu İsfəndiyarın bir televiziya proqramında onu “dələduz” adlandırması olmuşdu. Səməndərov bu ifadəni təhqir və böhtan hesab edərək qarşı tərəfin cəzalandırılmasını tələb etmişdi. Lakin məhkəmə şikayəti əsassız sayaraq Şərurlu İsfəndiyara bəraət verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib