21.08.2026 - 17:18
İqtisadiyyat 27 baxış

İşçilərin motivasiyası: Maaşdan daha önəmli faktorlar

İşçilərin motivasiyasını artırmaq üçün yalnız maaş kifayət etmir. Bu mövzuda “Rabitabank”ın Mərkəz filialının direktoru Fariz Talıbov öz fikirlərini bölüşüb. O, ICC-nin “Lider Məzunlar” layihəsində çıxış edərək, rəhbərin əsas vəzifəsinin yalnız hədəflərə çatmaq və yaxşı nəticələr əldə etmək olmadığını vurğulayıb. Rəhbər, komandasını tanımalı, onların problemlərindən xəbərdar olmalı və daim ünsiyyətdə olmalıdır.

Minval.info xəbər verir ki, Fariz Talıbov işçinin motivasiyasının yalnız maddi məsələlərdən asılı olması fikri ilə razılaşmır. Onun sözlərinə görə, əməkdaşın iş yoldaşı ilə münasibətində, iş prosesində və şəxsi həyatında yaranan problemlər motivasiyaya təsir edə bilər. Bəzən rəhbərin kiçik dəstəyi və normal münasibəti belə işçinin motivasiyasını yüksəldə bilir.

F.Talıbov güclü komandanın formalaşmasında rəhbərin öz üzərində işləməsini də vacib sayır. Onun fikrincə, rəhbər nə qədər bilikli və savadlıdırsa, işçiləri də bir o qədər bilikli və savadlı olacaq. Rəhbər əməkdaşının yanında olmadıqda yüksək nəticə əldə etmək çətindir. “Filial rəhbəri işçinin yanında olmasa, o filial heç vaxt yüksək nəticə göstərə bilməz” deyə o bildirib.

Müsahibədə narazı müştərilərlə münasibətdən də danışan Fariz Talıbov hesab edir ki, belə vəziyyətlərdə müştəri və ya işçinin tərəfini tutmaq problemi həll etmir. Əsas məsələ narazılığın səbəbini müəyyənləşdirmək və həll yolu tapmaqdır. 18 illik iş həyatından çıxardığı ən böyük dərsi isə komanda ilə əlaqələndirib. Fariz Talıbovun sözlərinə görə, bir təşkilatın uğurunu təkcə rəhbər yaratmır. “Bir filialın uğurunu kollektiv şəkildə, komanda şəklində yaradırıq. Komanda nə qədər uğurlu olarsa, rəqəmlər də bir o qədər yaxşı görünər” deyə o vurğulayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: