“İşçilər xlor qoxusundan az qala boğulacaq” - LDU-dan şikayət
“İşçilər xlor qoxusundan az qala boğulacaqlar”. Bunu Lənkəran Dövlət Universitetinin əməkdaşları “Qafqazinfo”ya müraciətində bildirib. Onların sözlərinə görə, koronavirusla bağlı universitetdə dezinfeksiya işləri görülən zaman köməkçi və texniki heyət universitetdə saxlanılıb.
Belə olan halda laborantlar, kargüzarlıq şöbəsinin əməkdaşları universitetdə nəfəs almaqda çətinlik çəkdiklərini qeyd edib.
“Qafqazinfo” məsələ ilə bağlı universitetlə əlaqə saxlayıb. Təhsil müəssisəsinin mətbuat katibi Esmira İsmayılova bildirib ki, tapşırığa əsasən universitetin bütün tədris korpuslarında dezinfeksiya işləri əsasən şənbə bazar günləri aparılır. Həftəiçi günlərdə isə tibbi-profilaktik tədbirlər həyata keçirilir:
“Qərara əsasən müəssisədə təlim-tərbiyə prosesi müvəqqəti dayandırılıb. Ancaq bu gün qeyri-iş günü olmadığından bəzi işçilər, məsələn, mühasibatlıq, hansısa kafedranın laborantı, elə özüm də müəyyən müddətlik iş başındayıq. Bu, o demək deyil ki, həmin şəxslər axşama kimi universitetdə olacaq. İşini bitirən hər kəs çıxa bilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qadınlar uşaq vaxtından gender-bərabərsizliyi ilə üzləşirlər
DİN vətəndaşlara müraciət etdi
Bakı-Sumqayıt qatarı bir gün işləməyəcək
"AZAL biletlərin qiymətini optimallaşdırmalıdır"
DİN və Baş Prokurorluq ana və azyaşlı oğlunun ölümü ilə bağlı məlumat yaydı
Sabah küçəyə çıxmaq tövsiyə edilmir