İş axtaranların nəzərinə - ELAN
“Azərişıq”ASC-nin İmişli, Beyləqan, Fizuli, Ağdam Ağcabədi, Zərdab, Neftçala, Salyan və Kürdəmir Elektrik şəbəkələrində enerji satışı mütəxəssisləri üzrə nəzarətçi-mühəndislərin işə qəbulunu elan edib.
Qurumdan Minval.İnfo-ya verilən məlumata görə, nəzarətçi-mühəndislər elektroenergetika və digət texniki ixtisaslar üzrə ali təhsilli olmalıdır.
İşə qəbul Səhmdar Cəmiyyətin “İşə Qəbul Komissiya”sı tərəfindən test və müsahibə yolu ilə həyata keçiriləcəkdir. Sənədlər 2018-ci il aprel ayının 20 tarixinə kimi İmişli, Beyləqan, Fizuli, Ağdam Ağcabədi, Zərdab, Neftçala və Salyan Elektrik şəbəkələrinin inzibati binalarında və “Azərişıq” ASC-nin Bakı şəhəri, Bakıxanov-13 küçəsində yerləşən Səhmdar Cəmiyyətin Kadrlar İdarəsində qəbul olunacaqdır.
Tələb olunan sənədlər:
Fotoşəkilli anket forması (CV);
Şəxsiyyəti təsdiq edən sənədin surəti;
Təhsil haqqında sənədin surəti.
Əlaqə telefonları: (+99412) 440 39 93 (daxili – 22-32)
E-mail: [email protected]
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xankəndi klubunda yeni məşqçi təyinatı!
DİM 388 şagird üçün əlavə imtahan keçirdi
Misir Mərdanov: Təhsildə keyfiyyət ön planda olmalıdır
Turan Tovuz və Qarabağ evdə qələbə axtarır
Neftçi SOCAR 3x3 basketbolda yarımfinala yüksəldi
Şuşa qayalarına yazı yazanlar cəzalandırıldı
Çağdaş qəzetçilik: Sosial medianın yüksəlişi