İş axtaranların nəzərinə!
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası vakant yerlərə işçi axtarır.
ASCO-dan Minval.info verilən məlumata görə, akademiya 2019/2020-ci tədris ilində ingilis dilli qruplarda adları aşağıda göstərilən fənləri tədris etmək üçün əməyi saathesabı (yüksək tariflə) ödənilməsi şərtilə baş müəllim, dosent və professorların (pedaqoji iş təcrübəsi və ingilis dili səviyyəsi yüksək olanlara üstünlük verilir) müqavilə əsasında işə qəbulunu elan edir:
Azərbaycan tarixi
Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları
Fəlsəfə
İnformatika
Tərsimi həndəsə və mühəndis qrafikası
Materialşünaslıq və materiallar texnologiyası
Gəmi elektrik avadanlıqları
Tətbiqi mexanika
Gəmi quruluşu və nəzəriyyəsi
Dəniz naviqasiyasının texniki vasitələri
Mülki müdafiə
Dənizdə həyat fəaliyyətinin təhlükəsizliyi və dəniz mühitinin qorunması
İngilis dili
Riyaziyyat
Kimya
Fizika
Sənədlər iyunun 15-dək Azərbaycan Dövlət Dəniz Akademiyasının Zərifə Əliyeva küçəsi, 18 ünvanında yerləşən əsas binasında qəbul edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO