İranın Azərbaycana yatırdığı investisiyalar 3,4 mlrd. dollara çatıb
İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,4 mlrd. ABŞ dollarına çatıb.
Azərbaycan İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bunu ölkənin İqtisadiyyat nazir Şahin Mustafayev Bakıda səfərdə olan İran İslam Şurası Məclisinin Planlaşdırma və Büdcə Komissiyasının üzvlərinin, İran Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının təmsilçilərinin daxil olduğu nümayəndə heyəti ilə görüşü zamanı deyib.
Nazirin sözlərinə görə, 2018-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 74%, bu ilin 5 ayı ərzində isə 2,3 dəfə artıb.
Əməkdaşlığın inkişafı perspektivlərinə gəlincə, Ş. Mustafayev diqqətə çatdırıb ki, enerji, sənaye, kənd təsərrüfatı, ticarət, kiçik və orta sahibkarlıq, maliyyə, İKT, ekologiya, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.
Öz növbəsində İran İslam Şurası Məclisinin Planlaşdırma və Büdcə Komissiyasının rəhbəri Qulamreza Tacgərdun iqtisadi-ticarət əməkdaşlığın inkişafını vurğulayıb, qarşılıqlı ticarətin genişlənməsi, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı üçün potensialı qeyd edib. İranın nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında müəssisələrin fəaliyyəti ilə tanış olacaqlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi