Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Tehran səfərinə həssas yanaşmağımızı sinirə bilməyən bəzi İran sevdalıları, rejim trolları havalanıblar. Bəli, İran paytaxtında keçirilən “Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi”ndə bir çox ölkələrdən yüzlərlə qadın iştirak edirdi, o cümlədən Azərbaycanın komitə sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti qonşu ölkəyə səfər etmişdi. Amma mediamızın və aktiv sosial şəbəkə istifadəçilərinin Anna mövzusuna daha çox yer ayırmasının ciddi əsasları var…

Məsələ burasındadır ki, Anna Akopyan Ermənistandan İranda keçiriləcək bu tədbirə dəvət olunası ən sonuncu qadın olmalıydı. Əgər bu səfər 2018-ci ilin ilk yarısında baş tutsaydı, o zaman bu qədər heyrət doğurmazdı. İranın Ermənistana münasibəti bizimçün sirr deyil. On illər boyunca işğalçı Ermənistana nəfəslik olan İran İslam Respublikası (!) elə Ermənistan rəsmilərinin də dəfələrlə etiraf etdiyi kimi, bu ölkənin əsas xilaskarlarından oldu. Amma Nikol Paşinyanın “müharibə partiyası”nın üzvü olmamasını əsas götürüb Annanın da, Nikolun da Tehranda yuxarı başa keçirilməsinə əhəmiyyət verməmək olardı. Di gəl ki, indi İran hakimiyyətinin davranışlarını görməzdən gəlmək mümkün deyil. Bu barədə bir az sonra…

10b8ddcf-0a9d-4a72-8e8f-a4d1e251a788.jpg (55 KB)

İran rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ermənistanın sərhəd məsələsi Tehran üçün qırmızı xətdir. Bəli, Azərbaycan torpaqları 30 il müddətində işğal altında qaldığı “Qarabağ müsəlman torpağıdır”, deməklə mövzudan yayınmağa, müsəlman qonşusunu necə deyərlər, yola verməyə çalışan müsəlman İran bircə dəfə də prinsipial mövqeyini ortaya qoyub “Azərbaycanın ərazi bütövlüyü bizimçün qırmızı xətdir”-demədi. Baxmayaraq ki, İslam Təşkilatı Konfransının da, BMT Təhlükəsizlik Şurasının da, ATƏT-in, hətta Avropa Parlamentinin də işğalı təsdiqləyən qətnamələri var idi. Tehran isə heç vaxt “müsəlman torpağı”nın – Azərbaycan ərazisi yox ha – azad olunması ilə bağlı Ermənistana ünvanlı çağırış etmədi. İşğal illərində Qarabağda 60-dan çox məscidin yer üzündən silinməsi, yarıuçuq halda saxlanan bəzi məscidlərdə inəklərin, donuzların saxlanması da İran mollalarının “tükünü tərpətmədi”.

Bütün bunlar yaxın illərin söhbətidir, gerçəkliyidir. Dil boğaza qoymadan Ermənistanın sərhədini özünün qırmızı xətti elan edən İran hakimiyyəti nədənsə nəzərə almadı ki, Ermənistan boyunca çəkdiyi qırmızı xəttin bu tərəfi də Azərbaycandır. Elə isə necə olur, qırmızı xəttin o tərəfi toxunulmaz elan olunur, bu tərəfində isə “at çapmaq” caiz sayılır? İran hətta 44 günlük döyüşlərdən sonra Ermənistan nömrə-nişanlı yük maşınları ilə Qarabağdakı terrorçulara yanacaq, müxtəlif digər mallar daşıyırdı. Elə ötən payız aşkar edildi ki, İran vətəndaşı olan şəxslər qanunsuz şəkildə Qarabağa keçiblər. İstisna olunmurdu ki, onlar Azərbaycana qarşı fəalliyyət üçün gəliblər. Demək, “qırmızı xətt”in bu üzündə hər şey eləmək olarmış? Bu, hansı dində var, hansı kitabda yazılıb?

Şərqi Zəngəzur -quruculuğun yeni ünvanı

Bilirik, müsəlman qonşumuz Azərbaycandan bərk yanıqlıdır. Qarabağın, Şərqi Zəngəzurun talan olunmasında “payçı” idi axı. Arazın bu tayından o qədər yüklər daşındı ki, işğal illərində. Hətta müharibənin ilk günlərində İran sərbazları ordumuzun qarşısını kəsib, onların irəliləməsinə maneçilik yaratmışdılar, ermənilərlə “şəriklik” etdikləri ərazilərin azadlığına əngəl olmuşdular. Nə təhdidlər, nə hərbi təlimlər, nə digər oyunbazlıqların faydası olmadı. Azərbaycan dövlətinin qətiyyətli mövqeyi nəticəsində İran cavabını aldı. Hətta Şuşadakı Yuxarı Gövhərağa məscidində İran şirkətinin “təmir” adı altında tariximizin farslaşdırılması planı da ifşa edildi, rejimin ürəyinə dağ çəkildi.

İran-Ermənistan münasibətləri qırıla bilər

Azərbaycanın sərrast cavabları, İran rejimini davamlı şəkildə ifşa etməsidir cənub qonşumuzdakı Anna sevgisini alovlandıran. Bundan əvvəl Tehranla İrəvanın “bacılıq” olması barədə anlaşma imzaladılar. Amma görünür unudublar ki, ermənilər üçün qardaşlıq anlayışı, dəyəri yoxdur. Günün birində Qərbdəki havadarlarından təlimat alan Ermənistan hakimiyyəti İrana qarşı cəzalandırmaq planlarının önündə gedəcək. Odur ki, Tehran və İrəvanın “siğə”sinin tümən qədər dəyəri olmayacaq…

Ermənistan KİV-i Paşinyanın arvadını məsxərəyə qoydu

Qayıdaq Anna mövzusuna. Demək Anna Akopyan Ermənistanın İran Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arsen Avaqyanın müşayiəti ilə İran Respublikası Prezidentinin xanımı Cəmilə Sadat Alamolhoda və İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Ensie Xazali ilə görüşüb. Bir gün sonra isə Anna İranın birinci xanımı Cəmile Sadat Alamolhoda və qızı Reyhane Rəisinin müşayiəti ilə Qum şəhərinə gedib. Qum və Anna… Məscid və Anna…Maraql paradoksdur…Hələ bu, nədir ki? İranın birinci xanımı Annanı Qumdakı məscidə və Həzrəti Fatimə Məsumənin məqbərəsini ziyarətə aparıb. Həzrəti Fatiməyə azərbaycanlılarda da böyük sevgi var, onun adı daim nümunə olaraq çəkilib, doğulan qız uşaqlarına ən çox qoyulan adlardandır Fatimə. Amma özünü müsəlman ölkəsi adlandıran İran işğalçı ölkənin insan qanı içməyə hazır “ledi”sini bu ünvana aparmaqla müqəddəs ruhları incidir. Budurmu müsəlmanlıq?

İrəvanda azərbaycanlılara məxsus, amma sonradan farslaşdırılan Göy məscid var. Annanı nə vaxtsa həmin məsciddə görən olubmu? Təbii ki, yox. Yaxud Anna Akopyanla Nikol Paşinyan işğal dövründə dəfələrlə Şuşaya gəlib-getmişdilər. Onların yadına Allahın evi düşsəydi, məscidə gedər, buradakı vandalizmi görər, dayandırılması üçün hansısa addım atardılar. Amma onları harda gördük? Şuşada, məsti-xumar olub, “yallı” gedəndə. Nikol da çaxırı içib, sərələnmişdi otun üstünə…

Paşinyanın Şuşada yallı getməkliyi - danışıqlara son?

İndi belə bir yaxın keçmişi olanı islam ölkəsində əzizləməyin, başına təzə gəlin kimi yaylıq örtməyin anlamı nədir? İran prezidentinin iştirak etdiyi tədbirdə isə Annanı lap başda oturtdular. Azərbaycanın acığına?.. Mənə görə, təkcə bu da deyil. İran Annanın simasında həm də “Soros ailəsi”nə mesaj vermək istəyir ki, “bacı olub İran-Hayastan!” Yəni İranı təhdid edən qüvvələri zərərsizləşdirmək planıdır həm də “Anna planı”.

Bu, təkcə Azərbaycanın məsələsi deyil. Gərəkdir ki, bütün dünya müsəlmanları ayağa qalxıb, sual etdi: Anna Akopyan minlərlə insanın qanına bais olanlardandır, onun nə ölümü var, Peyğəmbərin sevimlisinin məqbərəsində?! Hətta onun baş örtüsü qaydasını pozması da İran qaydalarına görə cəzanı haqq edirdi. Məhsanı elə buna görə qətlə yetirmədimi “əxlaq polisi?”

İrandakı rejimin yaddaşı korşalıbsa, xatırladaq: 2020-ci ilin 2 sentyabrında əri ilə Qarabağa gələn Anna Akopyan qadın terrorçulardan ibarət dəstə yaratdığını, adını da “Erato” qoyduğunu elan elan etdi. Onun Azərbaycanın birinci xanımını Şuşaya muğam dinəməyə, çay içməyə dəvət etməsi barədə sərsəmləməsi də unudulmayıb…

Paşinyanın arvadının yeni şousu - Foto

Sonra da Qarabağda “hərbi təlimlər” keçirdiyi görüntüləndi, əlində avtomat, sürünən, atəş açan yerdə…Azərbaycan torpağında, İran dili ilə desək, “müsəlman torpağında” meymunluqlar elədi həmin bu, Anna! Sonra da 18-27 yaşlı qadınları 45 günlük hərbi təlimlərə cəlb etməklə bağlı təşəbbüs qaldırdı. Hətta noyabrın 6-da döyüşə tam hazır olduqlarını, Qarabağa gəlmək istədiklərini elan etdi, sonrası bəlli…

Paşinyanın arvadı “Erato” dəstəsinin qadınlarından üzr istədi - GlobalInfo.az

Xain zərbəsindən aldığı xəsarətlərdən ömrünün gənc yaşında vəfat etmişi xanım-xatın Fatimənin müqəddəs ruhunu incitmək İran rejiminə başucalığı gətirmir. Müsəlmanlıq belə olmur! İllər boyunca Azərbaycanın dövlət başçısı “məscid dağıdanlarla qucaqlaşmayın”, çağırışını etdi. Özlərini gözdən saldılar, eşitmədilər, daha bərk qucaqladılar, Köçəryanı, Sərkisyanı, Paşinyanı…İndi də əli avtomatlı Annanı…

Ehtiyatlı olsunlar, “Erato” komandirinin əlindəki avtomat birdən açılar, qanqaraçılıq olar…