İrandan i̇raqa son sədd: Suriya sərhədində gərginlik artır
Suriya, İraqla olan sərhədində hərbi qüvvələrini gücləndirir. Bu hərəkət, İranın bölgədəki son qalası olaraq görülən İraqın mühasirəyə alınması istiqamətində bir addım kimi qiymətləndirilir.
Minval.info xəbər verir ki, Suriya Müdafiə Nazirliyi ordusunu yüksək hazırlıq vəziyyətinə gətirmək üçün əmr verib. Lakin bu qərarın konkret səbəbləri açıqlanmayıb.
Siyasi analitik Rufiz Hafizoğlu bildirir ki, Bəşər Əsədin hakimiyyətdən getməsi ilə bölgədə mühüm dəyişikliklər baş verib və İranın “şiə ayparası” adlanan təsir dairəsi zəifləyib. Hafizoğlu əlavə edir ki, hazırda İranın son qalası olan İraq həm daxildən, həm də xaricdən təzyiq altındadır.
ƏLAQƏLİ
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
İraq hökuməti, “Haşdi-şabi” qruplaşmasının silahlarını təhvil verməsi üçün təzyiq altında qalır. İraqın baş naziri ABŞ-yə səfərindən sonra bu qruplaşmalara qarşı mövqeyini dəyişib. Müqtəda əs-Sədr də tərəfdarlarını silahları yerə qoymağa çağırıb, bu da “Haşdi-şabi”yə qarşı təzyiqin artdığını göstərir.
Bununla belə, “Haşdi-şabi”dəki bütün qruplaşmaların silahı yerə qoyacağı gözlənilmir. Bölgədəki çaxnaşmaların İraqdan iranyönlü qüvvələrin çıxarılması ilə nəticələnəcəyi düşünülür. Bu vəziyyət, şiəliklə əlaqəli olmayan radikal qruplara qarşı bir təzyiq olaraq görülür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
İranın ali rəhbərindən Putinə təcili hərbi müraciət – S-400-ləri ver!
İsrail müxalifəti ultra-ortodoks partiyalarla əməkdaşlığa açıqdır
Amerika Trampdan əvvəlki siyasətə qayıda bilərmi?
Paşinyan: Yaxın gələcəkdə Türkiyə ilə diplomatik əlaqə qurulacaq
Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq