İranda Türkiyəyə məxsus sərnişin təyyarəsi dağlıq ərazidə qəzaya uğrayıb
İranın qərbində Türkiyəyə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
Minval.İnfo Trend-ə istinadən bildirir ki, bu barədə ISNA İran Mülki Aviasiya Təşkilatının nümayəndəsinə istinadla məlumart yayıb.
Daha öncə təyyarənin şəxsi olduğu bildirilib.
Məlumata əsasən, hava gəmisi Şərca – İstanbul marşrutu ilə hərəkət edirmiş. Qəza Çıxarməhəl və Bəxtiyariyyə əyalətində baş verib. Yerə çırpıldıqdan sonra təyyarənin alışdığı bildirilir.
Hadisə yerinə xilasedicilər cəlb olunub.
Qəzaya uğrayan özəl təyyarə Türkiyənin “Başaran” holdinqinə məxsusdur.
Minval.İnfo APA-ya istinadən xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Türkiyə Dənizçilik və İnformasiya Nazirliyi də İran hava sahəsində Türkiyə özəl şirkətinə məxsus təyyarənin qəzaya uğradığını təsdiq edib.
Qeyd edək ki, bu gün Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Şahrekord şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. “Reuters” agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat yayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Afət Telmanqızı və Ləman Ələşrəfqızı REAL-dan ayrıldı
Yarmarkada qiymətlər necədir? - VİDEO
Sabahın hava proqnozu açıqlanıb
Apteklərlə bağlı yeni tələblər müəyyənləşdi - VİDEO
Azərbaycanda zəlzələ olub
Üç nazirlik və bir komitə bu statusunu itirdi