İranda 'qara dul' ləqəbli qadının dəhşətli qətlləri: Neçə nəfəri öldürdüyünü xatırlamır!
İranda ‘Qara dul’ kimi tanınan 56 yaşlı Kolthum Akbari, bir neçə şəxsin qətlində təqsirli bilinərək edam cəzasına məhkum edilib. Akbari, qurbanlarını müvəqqəti nikahlar vasitəsilə seçərək, əsasən yaşlı kişilərlə evlənirdi.
Minval.info xəbər verir ki, İranın Mazandaran əyalətində yaşayan Akbari, nikahda olduğu kişilərə müxtəlif dərmanlar verərək və bəzən sənaye spirtindən istifadə edərək qətllər törədib. Bu hadisələr, rəsmi nikah statusu olmadan və müxtəlif yerlərdə baş verdiyi üçün uzun müddət diqqətdən kənarda qalıb.
Son qətlinin təxminən üç il əvvəl baş verdiyi bildirilir. Akbari, 82 yaşlı Qulamrza Babai ilə müvəqqəti nikaha girdikdən sonra onun ölümündə şübhəli bilinərək saxlanılıb. Kişinin ailəsi, Akbarinin onu dərman qəbul etməyə məcbur etdiyini iddia edib.
ƏLAQƏLİ
Birlikdə yaşadığı qadını 21 bıçaq zərbəsi ilə öldürdü, sonra izi itirmək üçün evi yandırdı - binəqədidə dəhşətli cinayət!
İstintaq zamanı Akbari, qurbanlarının sayını dəqiq xatırlamadığını, lakin 13-15 nəfər arasında ola biləcəyini bildirib. Lakin hazırda 10 ölüm faktı müəyyən edilib və araşdırmalar davam edir.
İran qanunlarına görə, qurbanların ailələri edamın icra olunmasını tələb edə bilər. Məlumata görə, bütün qurbanların ailələri Akbarinin edam edilməsini istəyib, yalnız bir ailə ‘qan pulu’ tələb edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə kontr-admiralın sosial media paylaşımları həbsə səbəb oldu