İranda koronavirusdan ölənlərin sayı 66 nəfərə çatdı
İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayını açıqlayıb.
“Report”un IRNA-ya istinadən məlumatına görə, İran Səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə daha 12 nəfərin bu infeksiyanın qurbanı olduğunu bildirib.
Beləliklə, İranda koronavirusdan ölənlərin sayı 66 nəfərə çatıb.
Onun sözlərinə görə, daha 523 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 1 501 nəfərə çatıb. Bu günədək 291 nəfər isə koronavirusdan sağalıb.
“İndiyədək ölkədə 7 280 nəfər xəstəxanalara müraciət edib. Onlardan 4 312 nəfərdən yaxma nümunəsi götürülüb və 1501 nəfərin analizinin nəticələri müsbət çıxıb”, – İran Səhiyyə nazirinin müavini Əlirza Rəisi bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur Holivud ulduzu "uşağı döyən Tramp"ın şəklini paylaşdı - FOTO
İranda qadınlar stadionda futbol matçına baxa biləcək
Müəllimə dərsdə şagirdin saçını kəsdi
"Instagram" Ramzan Kadırovun səhifəsini yenidən bağladı
Bu sual dünyanın ən ağıllı robotunu xarab elədi
“Amerikaya ölüm” nişanı olan mesajlaşma tətbiqi yaradılıb
Bakı məktəblərində işə qəbul üzrə imtahanın vaxtı açıqlandı