İran Britaniyanın hərbi bazalarını hədəf almaqla hədələdi
İran ABŞ aviasiyasının növbəti hücumundan sonra Böyük Britaniyanın hərbi obyektlərinə zərbə endirə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Minval.info xəbər verir ki, Tehran bu barədə yaydığı bəyanatda Böyük Britaniyanın Qlosterşir qraflığında yerləşən RAF Fairford hərbi bazasını xüsusi qeyd edib.
İran tərəfinin iddiasına görə, ABŞ-ın B-1 strateji bombardmançı təyyarələrindən biri məhz həmin bazadan havaya qalxaraq İran ərazisinə qarşı əməliyyatda iştirak edib.
Bəyanatda bildirilib ki, İran ərazisinə hücumların həyata keçirilməsi üçün istifadə olunan istənilən hərbi baza Tehran tərəfindən qanuni hədəf kimi qiymətləndiriləcək.
Bu iddialarla bağlı Böyük Britaniya və ya ABŞ tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ yeni uzaqmənzilli raketlər üçün 550 milyon dollar ayırıb
Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”
Cənubi Koreya ordusunda robot dövrü başlanır
9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin edildi
NATO İtaliyada illik nüvə təliminə başlayır
ABŞ İranı hədəf alan intensiv hərbi əməliyyat planı hazırlayıb
Pakistan Yəməndəki müharibəyə hava əməliyyatları ilə qoşuldu