İran azərbaycanlı alimlə bağlı qərar verdi: edam ediləcək
İran Ali Məhkəməsi əslən azərbaycanlı olan Brüssel Universitetinin müəllimi Əhməd Rza Cəlaliyə qarşı edam cəzasını təsdiq edib.
Bu barədə informasiyanı “VTM Nieuws” saytı yayıb. Dekabrda İran Ali Məhkəməsinin edam cəzasını qüvvədə saxladığını, amma sonradan Cəlalinin qərardan apellyasiya şikayəti verdiyinə görə, icranın dayandırıldığı bildirilib. İndi isə bu apellyasiya şikayəti rədd edildiyinə görə, vəkilləri Ali Məhkəmənin qərarının yekun olduğunu söyləyiblər. Onların fikrincə, bundan sonra hökumət qərarı istənilən vədə icra edə bilər.
Qeyd edək ki, keçən ilin dekabrında İran Müdafiə Nazirliyinin Əks-kəşfiyyat İdarəsi Cəlalinin 2010-cu ildə öldürülən İran fizikləri Məsud Əli Məhəmmədi və Məcid Şəhriyari haqqında MOSSAD-a necə informasiya verməsiylə bağlı etirafını yaymışdı. İran kəşfiyyatı həmçinin Cəlalinin MOSSAD xəfiyyələri ilə 50 dəfə görüşdüyü və hər görüşdə 2000 avro aldığını bildirmişdi. Ardınca isə Tehran Prokurorluğu onun MOSSAD-a çalışdığını, eləcə də Müdafiə Nazirliyinin kompüter sistemlərini viruslara yoluxdurduğunu etiraf etdiyini bəyan etmişdi.
İsveç və İran vətəndaşlığına malik olan Cəlali sonradan yaydığı açıqlamada ona bu etirafların azadlığa buraxılmaq qarşılığında zorla etdirildiyini bildirmişdi.
2010-2012-ci illər ərzində İranın uranın zənginləşdirilməsi sahəsində çalışan 4 alimi qətlə yetirilib. İran bu qətllərdə ABŞ və İsraili ittiham edib. axar.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Marşal planı” nədir, bizə niyə xeyri dəymir?
Birinci vitse-prezident Azərbaycan xalqını təbrik edib
AzTV rəhbərini öldürüb parçalayacaqlarmış - sui-qəsd...
Dövlət qurumu şəhid ailələrinə müraciət etdi
Gəncə hadisələrinə görə daha 4 nəfər həbs edildi (FOTOLAR)
Heydər Əliyev Fondu meyxanaçı Kərimin müalicəsini öz üzərinə götürdü
Uşaq evində azyaşlılar döşəmədə yatızdırılır? - Araşdırma başladı