İran ABŞ sanksiyalarını "iqtisadi terrorizm" adlandırdı
İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkəyə qarşı tətbiq etdiyi yeni və genişmiqyaslı sanksiyaları kəskin şəkildə tənqid edərək, bu addımı “iqtisadi terrorizm” və “insanlığa qarşı cinayət” kimi qiymətləndirib.
Minval.info xəbər verir ki, nazirliyin açıqlamasında sanksiyaların İran vətəndaşlarının əsas insan hüquqlarını hədəf aldığı vurğulanıb. Açıqlamada həmçinin qeyd olunur ki, ABŞ-nin yeni sanksiyaları 1953-cü ildə İranda ABŞ və Böyük Britaniyanın müdaxiləsi ilə həyata keçirilən çevrilişin ildönümünə təsadüf edir.
İran tərəfi bu addımı Vaşinqtonun İran xalqına qarşı uzunmüddətli düşmənçiliyinin davamı kimi dəyərləndirib. Nazirlik, həmçinin ABŞ və İsrailin İrana qarşı son dövrdə həyata keçirdiyi hərbi və siyasi təzyiqlərin nəticəsiz qaldığını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Polis "intiqam pornosu" şikayətlərini araşdırmaqda zəiflik göstərir
Bakıda qətl hadisəsi ilə bağlı məhkəmədə yeni ifadələr səsləndi
Azərbaycanda ata 16 yaşlı qızını bacısı oğluna nişanladı
“Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?
Bakıda 14 yaşlı qızın videolarını yayan şəxs 5 il həbs olundu
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Məhkəmə qərarı açıqlandı
143 milyon manatlıq mənimsəmə işi: generalın apellyasiyası rədd edildi