İran ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini vuracaq – Tehrandan xəbərdarlıq
İran nüvə obyektlərinə mümkün yeni zərbələri regionda müharibənin eskalasiyası kimi qiymətləndirəcək və qətiyyətlə cavab verəcək.
Musavat.com xəbər verir ki, bu, İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya qərargahının bəyanatında əksini tapıb.
Bəyanatı İran Dövlət televiziyası və radiosu ayıb.
ƏLAQƏLİ
Kiyevdə kütləvi PUA hücumu: Yaşayış binası vuruldu, dağıntı və yanğın var – Kliçkonun açıqlaması
Bəyanatda qeyd olunur ki, “Amerika İslam Respublikasının nüvə və strateji obyektlərinə hücum etməklə hədələyib”:
“Əgər bu ölkənin terrorçu ordusu belə bir mərhələyə çatarsa, biz bunu regionda müharibənin eskalasiyası kimi qiymətləndirəcəyik və ABŞ-ın və müttəfiqlərinin bütün maraqları İran İslam Respublikası Silahlı Qüvvələrinin güclü zərbəsinin hədəfinə çevriləcək”.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İranın yeni nüvə obyekti yaratdığı əraziyə zərbə endiriləcəyini deyib.
ƏLAQƏLİ
Yaxın Şərqdə alovlanan müharibə: İran BƏƏ, Bəhreyn və Küveytdəki ABŞ hərbi bazalarına kütləvi zərbələr endirdi
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əli İbrahimovdan 7 uşaqlı ailəyə böyük dəstək
Rumıniya f-16-ları qara dənizdəki təhlükəli dronu necə zərərsizləşdirdi?