İrəvan təsdiqlədi: Azərbaycan əsir və meyitlərin bir qismini təhvil verib
Rəsmi irəvan Azərbaycanın erməni əsirlərini və meyitləri birtərəfli qaydada təhvil verdiyi barədə məlumatı təsdiqləyib.
Musavat.com bununla bağlı erməni mediasına istinasdən xəbər verir. Məlumatda deyilir ki, Azərbaycan tərəf Ermənistana 30-a yaxın erməni əsgər və zabitlərinin meyitini təhvil verib. Meyitlər Ermənistanın Tavuş vilayətinin Ayqepar kəndi istiqamətindən ermənilərə verilib. İşğaçı ölkənin güc strukturlarından bildirilib ki, Azərbaycan ordusu tərəfindən Hadrutda əsir götürülmüş 85 yaşlı Yevgeniya Babayan da Ermənistana təhvil verilib.
Yataq xəstəsi olan Mişa Melkumyanın isə həmin istiqamətdən təhvil verilməsi mümkün olmadığından o, Gürcüstan ərazisi vasitəsilə Ermənistana verilib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, bir az əvvəl Prezident köməkçisi Hikmət Hacıyev Azərbaycanın erməni meyitlərinin bir hissəsini qarşı tərəfə təhvil verdiyini açıqlamışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda