"İrəli" İB İdeya Bankı yaradıb
“İrəli” İctimai Birliyi daima gənclərin fərdi inkişafına dəstək ola biləcək layihələr həyata keçirir. İndiyədək yüzlərlə fərdi layihə və təşəbbüslərin təşkilati dəstəyini göstərən Birlik indi də gənclərin ideyalarını real layihələrə çevirir.
Müxtəlif sahələrdə gənclərin inkişafı üçün ideyası olan və necə həyata keçirmək lazım olduğunu bilməyən gənclərə “İrəli” dəstək olmağa hazırdır. Gənclərin fərdi inkişafına dəstək ola biləcək hər bir təşəbbüsə açıq olan birlik ideyaların reallaşdırılması üçün İdeya Bankı yaradıb. İdeya Bankı gənclərə öz layihələrini həyata keçirmələrində dəstək olacaq. İdeyaların gerçəkləşdirilməsi prosesi bir neçə mərhələdən ibarətdir.
Öncə ideya sahibi gənclər ideyalarını banka daxil edəcək. Daha sonra həmin ideyalar araşdırıldıqdan və seçildikdən sonra onların reallaşdırılması istiqamətində Birlik tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək. Uyğun görüldükdən sonra ideyalar layihələr şəklində reallaşacaq. İdeya Bankına layihə təklifləri olan gənclər aşağıdakı linkdən daxil olaraq özü və reallaşmasını istədiyi layihəsi barədə sualları cavablandırmalıdır. İdeyanın təsviri, məqsədi, keçirilmə tarixi formatı və s. kimi məlumatları qeyd etməlidir.
Link:
https://ireli.az/ideya-banki/
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!