İntiqam Hümbətov işdən çıxarıldı
Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov vəzifəsindən azad olunub.
“Minval.info”nun verdiyi xəbərə görə, bu barədə Hümbətov öz feysbuk hesabında məlumat verib. O bildirib ki, bu gündən etibarən Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində fəaliyyətini başa vurur.
Qeyd edək ki, İ. Hümbətov 20 il ərzində nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.
Xatırladaq ki, bir neçə ay əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı külli miqdarda yeyinti və rüşvət alma faktları aşkarlanıb. Nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilib. Nazir Əbülfəs Qarayev isə Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər