İntim videolarla məşhurlaşan Zaurla bağlı YENİ XƏBƏR
Nazirlikdəki xidməti otağında çəkdiyi intim videolar yayıldıqdan sonra həbs edilən polkovnik Zaur Mirzəyev azadlığa çıxıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bir az əvvəl əvvəl saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.
Zaur Mirzəyev bir neçə ay əvvəl vaxtından tez cəzasının qalan hissəsini şərti çəkməsini istəsə də, məhkəmə buna icazə verməmişdi. Bu gün o, vəzifə səlahiyyətlərini aşma və nüfuz alveri cinayətləri ilə bağlı aldığı 3 il 3 aylıq həbs cəzasını günə-gün başa vurub.
Qeyd edək ki, Z.Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olub. Onun xidməti otağında bir neçə qadın əməkdaşla çəkilmiş intim videolar uzun müddət ölkə gündəminin əsas müzakirə mövzularından biri olmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakının tarixi binalarında icazəsiz dəyişikliklər aşkarlanıb
Payız Azərbaycana sentyabrın 23-də gəlir
Pay torpaqları məcburi alınmayacaq - Rəsmi açıqlama
AZAL Braziliya təyyarələri ilə donanmasını genişləndirir
Azərbaycanın sağlamlıq turizmi Qazaxıstanda tanıdıldı
Ülkər Nuridən atasına duyğusal ad günü mesajı
Taksi sürücülərinin profilləri niyə bloklanır?