İnterpol Azərbaycanın dünya çempionunu axtarır – FOTO

Terrorçulara qoşulan Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan olunub.
Minval.İnfo APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Qax rayon sakini, 1979-cu il təvəllüdlü Arif Abidov qanunsuz silahlı qrup yaratmaqda təqsirləndirilir. A. Abidov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, A. Abidov bundan əvvəl də İnquşetiyada Rusiya federal qüvvələrinə və Əfqanıstanda NATO qoşunlarına qarşı döyüşməkdə ittiham olunub.
Kikboksinq idmanı üzrə dünya çempionu olan A. Abidov 2008-ci ildə Əfqanıstanda koalisiya qüvvələrinə qarşı vuruşarkən yaralanıb və Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə 15 avqust 2009-cu il tarixində Azərbaycana qaytarılıb.
Azərbaycanda məhkəmə qarşısına çıxarılan A. Abidov səhhətindəki problemlərlə əlaqədar qısa müddət sonra sərbəst buraxılıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Plastik yeyən zibillik göbələyi dünyanı necə xilas edə bilər?
Qazaxıstan Xəzərin dibinin bölüşdürülməsinə dair protokolu təsdiqləyib
Qadın ona xəyanət edən ərini maşına bağladı, şəhərdə çılpaq gəzdirdi - Video
Mühafizəçi prezidentin köməyinə çatdı - Video
Zurabişvilidən rəsmi Bakının qərarına münasibət
Rusiyada koronavirus təhlükəsi sarımsağı bahalaşdırdı