Intel-in çip istehsalında nəhəng addımı: 15 milyard dollarlıq səhm satışı diqqət Mərkəzində
Texnologiya nəhəngi Intel, süni intellekt sahəsində artan tələbatı qarşılamaq üçün çip istehsalını genişləndirməyi hədəfləyir. Bu məqsədlə şirkət, 15 milyard dollarlıq səhm satışı həyata keçirməyi planlaşdırır.
Minval.info xəbər verir ki, əldə ediləcək maliyyə, yeni istehsal güclərinin yaradılması və müqaviləli çip istehsalının genişləndirilməsi üçün istifadə olunacaq. Bu il Intel, istehsal gücünü artırmaq məqsədilə kapital xərclərini 18 milyard dollardan 20 milyard dollara yüksəldib.
Şirkətin səhmləri bu il ərzində üç dəfə dəyər qazansa da, yeni səhm satışının elan edilməsi ilə səhmlərin dəyəri 4%-dən çox azalıb. Bunun əsas səbəbi, investorların şirkətdəki paylarının azalacağı ehtimalıdır.
ƏLAQƏLİ
Onlayn alış-verişdə təhlükəsizlik: Kiberdələduzların tələsinə düşməmək üçün nə etməli?
Intel, “Intel 14A” texnologiyası ilə çiplərin kütləvi istehsalına 2028-ci ildə başlamağı planlaşdırır. Şirkətin müqaviləli istehsal bölməsinə “Tesla” da müştəri kimi qoşulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nvidia süni intellekt sahəsində inqilaba hazır: 500 milyard dollarlıq addım!
Nvidia-nın milyardlıq sərmayəsi: Süni intellektə yeni qapılar açılır
Maaşınız 400 manatdan azdır? – Bu hallara diqqət yetirin!