İnstitut: Qızılağac körfəzinin ekoloji vəziyyəti pisləşib, sahil zonaları tullantılarla çirkləndirilib

Xəzər dənizinin Qızılağac körfəzində aparılan çöl tədqiqat işlərinin nəticələri açıqlanıb.
AMEA Coğrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, antropogen təsirlər nəticəsində Kiçik Qızılağac körfəzinin ekoloji vəziyyətinin çox pis hala düşdüyü məlum olub. Sahil zonaları plastik və digər tullantılarla zibilləndirilib. Dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xətti 100-200 m məsafədə formalaşıb.
Qızılağac körfəzi ərazisində havanın çoxillik temperaturu (1991-2016-cı illər üçün) (14,8 dərəcə) normadan (1961-1990-cı illər) (14,1 dərəcə) 0,7 dərəcə çoxdur. Ərazidə yağıntıların artması müşahidə edilir.
Belə ki, norma 1067 olduğu halda 1991-2016-cı illərdə atmosfer çöküntülərinin orta illik göstəricisi normadan (1115 mm) çox müşahıdə edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah rayonlara güclü yağış, qar yağacaq
“Sakinlər özləri istəyib” - Ağaclarla bağlı rəsmi açıqlama
Alınan mallar geri qaytarıla və ya dəyişdirilə bilməz? - Vəkil açıqladı
Hava şəraiti ilə bağlı nazirlikdən - Xəbərdarlıq
“General Rüstəm Usubovun həbsinə göstəriş verdi, mən icra etmədim”
Aytəkin Alxaslı "100 illik" medalı aldı