"İnsanlar 5:0 hesabı ilə qalib gələcəyimizi gözləyirlərsə..." - Qvardiola
“Mən təkcə birinci hissədən deyil, bütün oyundan razıyam. Bu, bir çox ciddi komandaların mübarizədən kənarlaşdırıldığı turnirdir. İnsanlar bura gəlib 4 və ya 5:0 hesabı ilə qalib gələcəyimizi gözləyirlərsə, üzr istəyirəm, biz bunu edə bilmirik. İkinci hissədə bir addım da irəli getmədik. Onlar daha da irəlilədilər. Son 20 dəqiqədə yaxşı oynadıq. Hər iki hissədə qol epizodlarımız oldu. Bu, yaxşı nəticədir”
Qol.az xəbər verir ki, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalında səfərdə “Leyptsiq”lə 1:1 hesablı heç-heçə etdikləri ilk görüşdən sonra deyib.
O, daha sonra bildirib: “Oyun başa çatdıqdan sonra hər kəsin başı aşağıda idi. Mən də onlara belə etməli olmadığını və yaxşı oynadıqlarını söylədim.İnsanların oynadığımız oyundan razı qalmaması heç nəyi dəyişdirməz”.
Mütəxəssis sözügedən görüşdə əvəzləmədən istifadə etməməsi ilə bağlı deyib: “Bir matçda beşə qədər əvəzetmədən istifadə etmək imkanım var. Lakin bu o demək deyil ki, bunları etməliyəm. Mən nə etməli olduğuma qərar vermək üçün kifayət qədər yaxşı məşqçiyəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!
Argentina futbolu Messini 1 dəqiqə alqışlayacaq