06.07.2018 - 18:00
Səhiyyə
25 baxış
İnqilabi qərar: Xərçəngin müalicəsi artıq pulsuzdur
Türkiyədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xərçəngin müalicəsi, cərrahiyyəsi və dərmanı üçün hər cür qiymət və fərqli ödənişləri ləğv edib.
Axar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Jülidə Sarıəroğlu məlumat yayıb. O, vətəndaşların xərçəngdən müalicəyə görə heç bir ödəniş etməyəcəklərini bildirib:
“Daha əvvəl xərçəngin cərrahiyyəsi üçün ildə 240 milyon lirə ayırırdıq, son dəyişikliklə bu rəqəmi təxminən 750 milyon lirəyə qaldırdıq. Bununla da xərçəng xəstələrimizin müalicəsini tamamilə pulsuz etdik”.
Səhiyyə naziri Əhməd Dəmircan da xərçəng xəstələrinin dövlət və özəl xəstəxanalarda pulsuz müalicə olunacaqlarını deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlham Mirzəyev xəstəxanadan evə buraxıldı
10.09.2026 - 22:49
Payızda asqırma: Allergiya yoxsa soyuqdəymə?
10.09.2026 - 09:52
Firuzə İbadova təcili əməliyyat olundu
09.09.2026 - 21:16
İlham Mirzəyev infarkt keçirdi: Vəziyyəti ağırdır
08.09.2026 - 15:03
İlham Mirzəyev infarkt keçirdi: Vəziyyəti ağırdır
07.09.2026 - 22:43
Henri Koul xərçənglə mübarizəyə başlayır
07.09.2026 - 16:18
İlham Mirzəyevin vəziyyəti ağır stabil qalıb
07.09.2026 - 15:15
Ağstafada gənc bıçaqlanıb: Polis araşdırır
07.09.2026 - 11:24