Ata uşaqlarına görə intihar edəcəyini deyir: "Buna məcburam..."
Şabran sakini sosial durumu pis vəziyyətdə olduğu üçün intihar edəcəyini deyir.
Minval.info xəbər verir ki, Xırdaoymaq kənd sakini Azad Alışov çöllük ərazidə ailəsi ilə birgə çadırda yaşayır. Onun sözlərinə görə, evi yandıqdan sonra müvafiq dövlət qurumlarına müraciət edib. Lakin A.Alışovun müraciətlərinə baxan olunmayıb.
“Uşaqlarım ağır xəstədir, imkanım yoxdur. Cəmi 55 manat müavinət alıram. Ailəmi çadırda qoyub getmək mümkün deyil. Buna görə, heç yerdə işləyə bilmirəm. Çöllükdə çaqqallar olduğu üçün məcburam ailəmin keşiyini çəkim. Bizimlə heç kim maraqlanmır” – Azad Alışov bildirib.
Kənd sakini deyir ki, yerli telekanallara belə müraciət edib, amma ona məhəl qoyan olmayıb.
Azad Alışov həmçinin intihar edəcəyini söyləyib: “Belə getsə, özümü öldürəcəyəm. İntihar etməyə məcburam. Uşaqlarım ölümün görməməkdən ötrü bu addımı atmalıyam. Bu, ata üçün ən böyük əzab olar”.
Samir Mirzə
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib