İngiltərənin finala çıxmasına Cüneyt Çakır mane olub - İDDİA (VİDEO, FOTO)

İngiltərə mediası milli komandalarının Dünya çempionatı yarımfinalında Xorvatiyaya məğlub olduqları matçın nəticəsi barədə hər kəsi şok edən iddia irəli sürüblər.
İddiaya görə, Türkiyədən olan hakim Cüneyt Çakır oyunun əlavə olunmuş vaxtında Mandzukiçin qolundan sonra İngiltərənin oyunu başlamasına icazə verməyib. Ada mətbuatına görə, bununla təcrübəli referi matçın nəticəsinə təsir edib.

Belə ki, xorvat futbolçular qol sevincini meydandan kənarda qeyd ediblər. İngilislər isə topu götürərək tez meydanın mərkəzinə gedib oyunu başlamağa çalışıblar. Lakin Cüneyt Çakır buna imkan verməyib.

Qaydalara görə, İngiltərənin rəqib futbolçular meydanda olmasa belə, oyuna başlamaq hüququ olub. Mətbuat iddia edir ki, təcrübəli referi oyunu saxlamasaydı, hesab 2:2 olacaqdı və bəlkə də matçın taleyini 11 metrlik cərimə zərbələri həll edəcəkdi.
Milli.Az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı