Influencer reklamlarında yeni dövr: Yalanlar ifşa olunur
Son illərdə Fransa influencer reklamlarına ciddi məhdudiyyətlər tətbiq edib. Artıq bəzi hallarda “reklamdır” ifadəsi kifayət etmir. Sağlamlıq üçün risk yarada biləcək estetik prosedurların və cərrahi müdaxilələrin influencerlər vasitəsilə tanıdılması qadağan edilib. Reklamda üz və ya bədən rəqəmsal olaraq dəyişdirilibsə, “retuş edilmiş görüntü” və ya süni intellektlə yaradılıbsa, “virtual görüntü” olduğu bildirilməlidir.
Minval.info xəbər verir ki, Yaponiya 2023-cü ildən etibarən reklamı şəxsi fikir kimi gizlədən “stealth marketing”i qanun pozuntusu elan edib. Avropa İttifaqının 576 influencer hesabında apardığı yoxlamalar göstərdi ki, yoxlanılanların 97 faizi kommersiya məzmunu yayımlayır, lakin yalnız 20 faizi bunu sistemli şəkildə reklam kimi göstərir. Hesabların 62 faizi əlavə araşdırmaya göndərilib.
Dövlətlərin influencerlərlə bu qədər ciddi maraqlanmasının səbəbi reklam bazarında yaranan paradoksdur. Gerçək dünyada reklamın təsirini ölçmək asan olsa da, rəqəmsal dünyada hər şeyin ölçülə biləcəyi düşünülür, lakin əslində nəyin gerçək olduğunu anlamaq çətinləşib. Rəqəmsal reklamın böyük ironiyası da budur: ölçülə bildiyi üçün ona güvənirik, amma ölçü vahidlərinin manipulyasiya oluna biləcəyini gec anlayırıq.
ABŞ-da Federal Ticarət Komissiyasının araşdırdığı “Devumi işi” rəqəmsal reklam bazarındakı saxtakarlığın miqyasını ortaya qoydu. Şirkət saxta izləyici, abunəçi və baxış sataraq insanların və şirkətlərin gerçək təsir gücü haqqında yanlış təsəvvür yaradırdı. Bu göstəricilər şirkətlərin kimlə işləməsi, istehlakçının kimə etibar etməsi və reklamverənin kimə pul ödəməsi qərarına təsir edir.
Azərbaycan üçün də bu məsələlər narahatlıq doğurur. 2025-ci ildən etibarən qanunvericilik “rəqəmsal platforma təsirçisi” anlayışını tanıyır və kommersiya reklamının “reklam”, “sponsorluq” və ya “tərəfdaşlıq” kimi göstərilməsini tələb edir. Lakin problem qanunun ekrandan ekrana keçəndə tətbiq gücünün dəyişməsidir. Qanunsuz qumar reklamını billboardda yerləşdirmək olmazsa, TikTok videosunda niyə daha asan görünə bilir? Bu sualların cavabları rəqəmsal reklamın gələcəyini müəyyən edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib