İndiyədək qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) toplanan vəsait hesabına indiyədək qazi və şəhid ailələrinin 5,6 milyon manatlıq borcları ödənilib.
“Report”un əldə etdiyi məlumata görə, fonda toplanan vəsaitdən öhdəliyə götürülmüş şəxslərin məişət şəraitinin yaxşılaşdırılması üçün 34 185 789,50 manat xərclənib.
Tibbi xərclərin ödənilməsi üçün 12 613 948,01 manat, borc öhdəliklərinin qarşılanması üçün 5 687 318,37 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı üçün isə 707 530,51 manat sərf olunub.
Qeyd edək ki, indiyədək fondda 66 340 818,12 manat toplanıb. Vəsaitin 52 658 087,65 manatı xərclənib.
Vəsaitin qalığı isə 13 682 730,47 manatdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR
Bank kartlarından da vergi tutulacaq? - İZAH
Azərbaycanda mobil telefonlar kəskin bahalaşacaq -YENİ TƏLƏB