"İnanıram ki, mayın 29-da Bakıda olacağıq" - Azplikueta
“İlk titul həmişə xüsusi olur. Mənim bununla bağlı yaxşı xatirələrim var”.
Qol.az-ın “Çelsi”nin rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu sözləri London klubunun müdafiəçisi Sezar Azplikueta Avropa Liqasının yarımfinal mərhələsinin “Ayntraxt”la oyunuöncəsi keçirilən mətbuat konfransında deyib. İspan futbolçu finala vəsiqə qazanacaqlarına inandığını bildirib:
“Avroliqa Avropada ikinci dərəcəli turnirdir. Biz isə hər mövsüm istənilən titul uğrunda mübarizə aparırıq. Hazırda da Avropa Liqasın yarımfinal mərhələsindəyik. Bu, uzun yoldur və bir neçə güclü komanda son 4-lüyə düşə bilmir. Titul qazanmaq başlıca hədəfimizdir. Ümid edirəm ki, mayın 29-da Bakıda olacağıq”.
Qeyd edək ki, bu mövsüm Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı