11.03.2018 - 16:41
Ölkə
17 baxış
İmtahana gedərkən qəzaya düşən şagirdlərin vəziyyətilə bağlı xəstəxanadan AÇIQLAMA

Yevlaxda məktəbliləri aparan mikroavtobusun qəzaya düşməsi nəticəsində yaralananların sayı 20 nəfərdir.
Minval.İnfo xəbər verir ki, bu barədə “Ölkə.Az”a Yevlax rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, qəzadan sonra xəstəxanaya 15 nəfər gətirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Ağır yaralananlar isə Mingəçevir Şəhər Xəstəxanasına aparılıb. Yaralılardan 2-sinin vəziyyəti ağır olaraq qalır, 3-ünün vəziyyəti isə stabilləşib.
Məlumata görə, qəza nəticəsində xəsarət alanlardan 17-i Aran -1 qəsəbə məktəbinin sınaq imtahanına gedən şagirdləridir. Digər yaralılar isə 1 müəllimə, 1 katibə və sürücüdür.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
05.09.2026 - 21:22
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
05.09.2026 - 21:01
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
05.09.2026 - 20:19
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
05.09.2026 - 18:27
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
05.09.2026 - 17:24
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
05.09.2026 - 16:21
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı
05.09.2026 - 16:14
Şuşada turistlərin qayalara ziyanı narahatlıq yaradır
05.09.2026 - 16:07