14.08.2026 - 00:16
Maqazin 25 baxış

İmam ziyad hüseynovdan ailə və qadınlar haqqında düşündürücü fikirlər

Ceyranbatan məscidinin imamı Ziyad Hüseynov, Baku TV-nin “Amin” verilişində din, mənəviyyat və cəmiyyət mövzularında maraqlı müzakirələr aparıb.

Minval.info xəbər verir ki, imam Ziyad Hüseynov məsciddə qarşılaşdığı suallar və din xadimi kimi yaşadığı çətinliklər barədə danışıb. O, xüsusilə keyfiyyət və kəmiyyətlə bağlı sualların ən çətin olduğunu vurğulayıb. “Öyrənmək məqsədilə verilən suallar isə ən gözəlidir,” deyə o bildirib.

İmam Hüseynov, həmçinin ailə münasibətləri və qadınların cəmiyyətdəki rolu haqqında da fikirlərini bölüşüb. O, “Ailə Allahın əmanətidir. Sağlam nikah kişi ilə qadın arasında olan sağlam münasibətdən başlayır,” deyə qeyd edib.

Ziyad Hüseynov, günümüzdəki ailə modeli və nəsillərarası fərqlər mövzusuna da toxunub. O, qadınların təhsil almasının vacibliyini vurğulayaraq, “Bir qadını tərbiyə etsən, bütün cəmiyyət tərbiyəli olar,” deyə bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: