Ceki çanın Bakıda çəkdiyi filmə baxmaq üçün səbirsizlənirsinizmi? – Maraqlı məkanlar və detallar!
Əfsanəvi aktyor Ceki Çan, Bakıda ‘Tanrının zirehi 4: Ultimatum’ adlı beynəlxalq macəra filminin çəkilişlərini davam etdirir. Bu film, aktyorun məşhur seriyasının dördüncü hissəsidir və çəkilişləri ilə diqqət çəkir.
Minval.info xəbər verir ki, filmin əsas çəkilişləri Qazaxıstanda, xüsusilə Manqistau və Almatı vilayətlərində, həmçinin Almatı şəhərində baş tutub. Qazaxıstan tərəfinin təklifi ilə çəkilişlər üçün ikinci məkan olaraq Azərbaycan seçilib. Filmin istehsalı ilə Qazaxıstanın ‘Salem Entertainment’ kinokompaniyası məşğuldur. Layihənin prodüseri şirkətin qurucusu Rustem Omarov, rejissoru isə Ceki Çanın şəxsi seçimi olan qazaxıstanlı rejissor və kaskadyor Robert Kundurdur.
Bakıdakı çəkilişlər üçün şəhərin ən məşhur yerlərindən bəziləri seçilib. İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl teatr və Fəvvarələr meydanı kimi məkanlar filmdə görünəcək. Filmin premyerası 2027-ci ildə planlaşdırılır.
ƏLAQƏLİ
Nazpəri dostəliyeva: "qadınlar güclü olmaq məcburiyyətində qalmamalıdır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazpəri dostəliyeva: "qadınlar güclü olmaq məcburiyyətində qalmamalıdır
İmam ziyad hüseynovdan ailə və qadınlar haqqında düşündürücü fikirlər
Bərdədə zəncirvari qəza: Üç avtomobil toqquşdu, 4 nəfər yaralandı
Günəşin möhtəşəm şousu: 2026-cı ilin son tutulması başladı!
Nikahsız toyun qızılları: Kimə qalır və necə geri alınır?