Günəşin möhtəşəm şousu: 2026-cı ilin son tutulması başladı!
2026-cı ilin ikinci və son tam Günəş tutulması artıq başlayıb. Bu astronomik hadisə, Bakı vaxtı ilə 23:57-də sona çatacaq.
Minval.info xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən, tutulmanın maksimum fazası saat 21:46-da baş verəcək. Təxminən 5 saat davam edəcək bu hadisə zamanı günəş diskinin tam tutulması 7 dəqiqə sürəcək.
Tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya və Atlantik okeanının şimal hissəsindən izlənə biləcək. Qismən tutulma isə Avropa, Şimali Amerikanın bəzi bölgələri, Sakit okeanın bir hissəsi və Afrikanın şimal-qərbində müşahidə olunacaq.
Azərbaycandan bu ilki son Günəş tutulması görünməyəcək. Ölkəmizdə son dəfə 25 oktyabr 2022-ci ildə qismən Günəş tutulması müşahidə olunmuşdu. Növbəti müşahidə edilə biləcək tutulma isə 2 avqust 2027-ci ildə baş verəcək və bu, tam Günəş tutulması olsa da, yalnız qismən fazası Azərbaycandan görünəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!