13.08.2026 - 16:16
Maqazin 16 baxış

Ajda Pekkanın gənclik sirri: Tailand iksiri əvəzinə bəkməz və limon suyu!

Məşhur türk müğənni Ajda Pekkanın Tailanddan 25 min dollara gənclik iksiri aldığı barədə yayılan xəbərlər böyük maraq doğurub. İddialara görə, bu iksir təxminən 1,2 milyon türk lirəsinə başa gəlib.

Minval.info xəbər verir ki, 80 yaşlı sənətçi bu iddialara özünəməxsus şəkildə cavab verib. O, bu xəbərləri təkzib edərək, gənclik sirrinin sadə və əlçatan olduğunu bildirib.

Jurnalist Mügə Dağıstanlıya danışan Ajda Pekkan, “Bunu mən də eşitmişəm! Belə bir şey yoxdur. Mən bahalı və əlçatmaz şeyləri sevmirəm. Əgər gənclik iksiri istəyirlərsə, çox sadədir: erkən yatıram, 8 saat yatıram. Səhərlər ilıq suya bir çay qaşığı bəkməz və bir az limon əlavə edib içirəm,” deyə gülərək bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: