Mingəçevirdə 20 illik yol əzabı: Sakinlər yağışlı günlərdə evlərindən çıxa bilmir
Mingəçevir şəhərində yerləşən Həsənağa Turabov küçəsinin sakinləri, yollarının pis vəziyyətdə olması səbəbindən narahatdırlar. Yağışlı havalarda yolun keçilməz hala gəldiyini qeyd edən sakinlər, bu problemin artıq 20 ildir davam etdiyini bildirirlər.
Minval.info xəbər verir ki, sakinlərdən biri, “Yolu üç dəfə öz hesabımıza təmir etdirmişik. Qonşularla birlikdə 10-20 manat toplayaraq çınqıl gətirtmişik. Bu ay evimdə məclis etməyi planlaşdırıram, amma qonaqları bu cür yolla qarşılamaq utancvericidir,” deyə narazılığını ifadə edib.
Başqa bir sakin isə, “20 ildən çoxdur bu ərazidə yaşayıram. Yol mədəniyyətin göstəricisidir və bu şərait bizə yaraşmır. Yağış yağanda küçəni su basır və həftələrlə hərəkət etmək mümkün olmur,” deyə vurğulayıb.
Mercedes Almaniyada yatırımları dayandırdı, zavod bağlamaları müzakirə edir
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mercedes Almaniyada yatırımları dayandırdı, zavod bağlamaları müzakirə edir
Azərbaycanda 100 məktəb adambaşı maliyyələşməyə keçir
Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə təsir edə bilər
Nvidia CEO-nun istefası süni intellekt sektorunda narahatlıq yaradır
Pensiya və sosial müavinətlərin artımı açıqlanıb
Azərbaycan neftinin qiyməti yüksəldi