Nazpəri dostəliyeva: "qadınlar güclü olmaq məcburiyyətində qalmamalıdır
Xalq artisti Nazpəri Dostəliyeva şəxsi həyatında qarşılaşdığı çətinliklər və bu çətinliklərin ona verdiyi dərslər haqqında danışıb.
Minval.info xəbər verir ki, sənətçi “Günə uğurla” proqramında həyatının zəngin hadisələrlə dolu olduğunu və bu səbəbdən bir filmə sığmayacağını bildirib. O, Allahdan aldığı hər şeyə şükür etdiyini və sevənlərinin sevgisi ilə əhatə olunduğunu vurğulayıb. “Sevənlərim olmasaydı, mən sadəcə cism olaraq var olardım,” – deyə Dostəliyeva qeyd edib.
Müğənni, həyatında yaşananların onun üçün bir film olduğunu və bu hadisələri həyatından çıxarmaq istəmədiyini söyləyib. O, Allahın ona verdiyi hər dərdi qəbul etdiyini və səbrlə qarşılandığını bildirib. “Elə çətinliklər yaşamışam ki, kişi belə yaşamazdı,” – deyə o, əlavə edib.
ƏLAQƏLİ
İmam ziyad hüseynovdan ailə və qadınlar haqqında düşündürücü fikirlər
Nazpəri Dostəliyeva qadınların hər zaman güclü olmaq məcburiyyətində qalmamalarını arzuladığını da ifadə edib. O, “Qadınları güclü görmək istəmirəm. Güclü qadının cəfası çox olur. Qadınlar xoşbəxt olmalı, nəvaziş görməlidir,” – deyə vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İmam ziyad hüseynovdan ailə və qadınlar haqqında düşündürücü fikirlər
Bərdədə zəncirvari qəza: Üç avtomobil toqquşdu, 4 nəfər yaralandı
Günəşin möhtəşəm şousu: 2026-cı ilin son tutulması başladı!
Nikahsız toyun qızılları: Kimə qalır və necə geri alınır?