İlisu Milli Parkında yeni dövr: Ramramay şəlaləsinə giriş pullu oldu
Azərbaycanda yerləşən İlisu Milli Parkına giriş artıq ödənişli olacaq. Parkın ərazisindəki məşhur Ramramay şəlaləsini ziyarət etmək istəyənlər bilet almalı olacaqlar.
Minval.info xəbər verir ki, ziyarətçilərin bir qismi bu qərarı bəyənməsə də, digərləri ödənişin xidmətlərin inkişafına yönəldilməsini müsbət qarşılayır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən verilən məlumata görə, Ramramay şəlaləsi parkın turizm və rekreasiya zonasına daxildir və giriş biletləri ilə tənzimlənir.
Qərara əsasən, milli parklara giriş haqqı bir ziyarətçi üçün 2 manat təşkil edir. Avtonəqliyyat vasitələrinin dayanacaq xərci isə bir saat üçün 50 qəpik, gün ərzində isə 5 manat olaraq müəyyən edilib.
Ödənişlər xüsusi mühafizə olunan təbiət ərazilərinin qorunması, biomüxtəlifliyin mühafizəsi, ekoturizm infrastrukturunun inkişafı və turizm marşrutlarının saxlanılmasına sərf olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib