İlin əvvəlindən Ukrayna Azərbaycandan 288 milyon dollarlıq neft alıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Ukraynaya ümumi dəyəri 287,823 milyon ABŞ dolları olan xam neft ixrac edib.
“Minval.info”un “İnterfax-Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət Gömrük Xidmətinin məlumatında deyilir.
Məlumata görə, bu ilin 8 ayında Ukrayna 770,824 min ton xam neft və neft məhsullarını idxal edib. Bu, 2020-ci ilin yanvar-avqust aylarının göstəriciləri ilə müqayisədə 14,5 % azdır.
Qeyd edilir ki, bu ilin 8 ayı ərzində ölkə 354,808 milyon ABŞ dolları dəyərində xam neft və neft məhsulları idxal edib. Bu, daha əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,8 % çoxdur.
Həmçinin, bu müddət ərzində Liviyadan ümumi dəyəri 37,032 milyon ABŞ dolları, Əlcəzairdən 29,421 milyon ABŞ dolları, digər ölkələrdən isə 0,532 milyon ABŞ dolları dəyərində xam mal idxal edilib.
Bildirilir ki, bu müddət ərzində isə Ukrayna Rumıniyaya ümumi dəyəri 27,133 milyon ABŞ dolları olan 89,963 min ton neft ixrac edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycana tütün məmulatlarının idxalı 30%-dək azalıb
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vəzifələri artırılıb
“Manatla bağlı yeni ssenarilərə hazır olmalıyıq”
Dollar bu gün neçəyədir? - Rəsmi valyuta məzənnələri
“Əsrin müqaviləsi”nin imzalanmasından 27 il ötür
Bu günün rəsmi valyuta məzənnələri
Pensiya alanlara şad xəbər