İlham Əliyev yaralı hərbçilərə təşəkkür etdi
“Əziz hərbçilər, Vətən Müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq qələbə qazandı. Torpaqlarımız işğal altından azad olundu. İşğalçıları torpaqlarımızdan qovmuşuq. Mən gəlmişəm ki, bu parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, siz qəhrəmancasına döyüşərək düşməni torpaqlarımızdan qovulmasında müstəsna xidmətlər göstəribsiniz: yaralanıbsınız, öz həyatınızı risk altına atıbsınız, böyük şücayət göstəribsiniz”.
Musavat.com xəbər verir ki, bunu noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə deyib.
“İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik və həmrəylik göstərib. Bütün atılan addımlar bir məqsədi güdürdü ki, qısa müddətdə az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbələrin qazanılmasını şərtləndirdi”, – o qeyd edib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO