İlham Əliyev Sumqayıtla bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev “Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Sumqayıt şəhərində sosialyönümlü bir sıra infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Olimpiya və Paralimpiya İdman Kompleksləri, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası inşa edilmiş, 1 saylı Şəhər Mərkəzi Xəstəxanasının, “Kimyaçılar” Mədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin binaları əsaslı təmir olunmuş, “ASAN xidmət” Mərkəzi fəaliyyətə başlamış, 22 ümumtəhsil müəssisəsi istifadəyə verilmiş, iri sənaye müəssisələri yaradılmış, 67 min yeni iş yeri açılmışdır. Bundan başqa, şəhər ərazisində geniş abadlıq-quruculuq işləri aparılmış, o cümlədən şəhər avtomobil yolları yenidən qurulmuş, çoxmənzilli binaların dam örtüyünün dəyişdirilməsi, lift təsərrüfatının yenidən qurulması sahəsində əsaslı işlər görülmüş, 106 hektar ərazidə dənizkənarı bulvar-kompleksi salınmışdır.
Sərəncamla Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lavrov: Suriyada müharibə başa çatıb
İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
GUAM ölkələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
ABŞ Azərbaycanın 10 ermənini təhvil verməsini alqışlayıb
Mustafa Şentop: "Füzuli şəhəri yoxdur, hər yer xarabalığa çevrilib"