İlham Əliyev sərəncam imzaladı - 3 milyon manat ayrıldı
Prezident İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,0 (üç) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çin yanvar-avqust aylarında neft idxalını 5,7 faiz azaldıb
"Amazon"un sahibinin sərvəti 100 mlrd. dollara çatıb
Azərbaycan nefti 77 dollardan satılır
Bu il Ceyhan terminalından 140 milyon barelə yaxın AÇG nefti yola salınıb
Rusiya xarici ölkələrdən meyvə-tərəvəz gətirilməsi qaydalarını sərtləşdirib
Rusiya 47 ton pomidoru Azərbaycana geri göndərdi