MİNVAL.İNFO
Müstəqil · Peşəkar · Etibarlı
Əlaqə
Əlaqə
  • Ana səhifə
  • Bütün Xəbərlər
  • Ölkə
  • Gündəm
  • Hadisə
  • Kriminal
  • Özəl
  • Siyasət
  • Dünya
  • Səhiyyə
  • Təhsil
  • Araşdırma CANLI CƏMİYYƏT Foto Hərbi xəbər İdman İqtisadiyyat Maliyyə Maqazin Maraqlı Media Mədəniyyət Müsahibə Ordu Qalmaqal Qarabağ Qəribə Qoroskop Region Reportaj RƏSMİ Seçki Sorğular Sosial Tarix Texno Təhlil Vacib Video Xüsusi fikir Yazarlar
28.01.2019 - 15:02
Ölkə 24 baxış

İlham Əliyev şəhid ailələri ilə görüşüb

“Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq”.

Minval.info Azərtac-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüşdə bildirib.

Şəhid ailələrinin nümayəndələrinə dərin hörmətini ifadə edən Prezident İlham Əliyev şəhidlərimizə Allahdan rəhmət diləyib, onların torpaq, Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini deyib. 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə şəhid verdiyimizi, 1 milyondan çox insanın məcburi köçkünə çevrildiyini deyən dövlət başçısı o dövrdə müşahidə olunan hakimiyyətsizlik nəticəsində torpaqlarımızın bir hissəsinin işğal olunduğunu bildirib.

U-21 millisinin heyətində sürpriz ad: Axundzadə! ƏLAQƏLİ
Bunu da oxu

U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!

19.09.2026 - 14:22

Bu gün Azərbaycanın güclü hərbi potensialı, dünyadakı nüfuzu, artan imkanları sayəsində danışıqlar prosesində mövqelərimizin kifayət qədər gücləndiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir və münaqişə ilə bağlı qəbul olunan çoxsaylı qətnamələr ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəyi təmin edib. “Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq”, – deyən dövlət başçısı son illərdə ordu quruculuğu istiqamətində böyük işlərin görüldüyünü bildirib, müharibədən əziyyət çəkən insanların qayğı ilə əhatə olunduğunu deyib. Son illərdə məcburi köçkünlər üçün 100-dən çox qəsəbənin tikildiyini, bu kateqoriyadan olan insanlara yeni mənzillərin verildiyini və bu prosesin bu il də davam etdiriləcəyini deyən Prezident İlham Əliyev şəhid ailələrinin də ev və avtomobillərlə təmin edildiyini diqqətə çatdırıb. Keçən il prezident seçildikdən sonra ilk fərmanının şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olduğunu deyən dövlət başçısı bu fərmanla 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinin nəzərdə tutulduğunu bildirib, artıq bu prosesin başladığını və 3 mindən çox şəhid ailəsinin vəsaiti aldığını deyib. Dövlət başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni fərman imzaladığını və bu fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını bildirib.

Xalqa xidmət etməyin onun üçün böyük fərəh olduğunu deyən dövlət başçısı bu gün ölkəmizin sürətlə inkişaf etdiyini, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanda böyük sosial layihələrin icra olunduğunu vurğulayıb. Bildirib ki, əsas məqsəd vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu istiqamətdə icra edilən proqramlardan danışan Prezident İlham Əliyev ölkəmizin hərbi potensialının da gücləndirildiyini, bu məqsədlər üçün böyük vəsaitin ayrıldığını deyib, ötən il Bakıda keçirilən iki hərbi paradın ölkəmizin qüdrətini bir daha nümayiş etdirdiyini bildirib. Dövlət başçısı Cocuq Mərcanlının bizim əyilməz iradəmizin rəmzinə çevrildiyini, onun yenidən qurulmasının hərbi qələbə nəticəsində mümkün olduğunu vurğulayıb. “Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan güclü dövlətdir, ölkəmizin güclü ordusu var və xalqımız heç vaxt işğalla barışmayacaq”, – deyən Prezident İlham Əliyev şəhid ailələrinə Vətən üçün gözəl övladlar yetişdirdiklərinə görə təşəkkür edib, xalqımızın şəhidlərlə fəxr etdiyini, onların bizim ürəyimizdə əbədi yaşayacağını bildirib.

Həmçinin bax: Şəhid ailələri ilə görüşdən fotolar

Azərbaycanlı dizayner Çində qızıl medal qazandı ƏLAQƏLİ
Bunu da oxu

Azərbaycanlı dizayner Çində qızıl medal qazandı

19.09.2026 - 14:15

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:

Instagram
Facebook
Telegram
YouTube

OXŞAR XƏBƏRLƏR

U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!

19.09.2026 - 14:22

Azərbaycanlı dizayner Çində qızıl medal qazandı

19.09.2026 - 14:15

AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi

19.09.2026 - 13:33

Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü

19.09.2026 - 12:51

Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!

19.09.2026 - 12:37

Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı

19.09.2026 - 12:16

Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!

19.09.2026 - 12:09

Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı başladı

19.09.2026 - 11:48

Xəbər Lenti

Canlı
  • İdman

    Yamal: "Qələbə qolunun əsasını mən qoydum

    19.09.2026 - 14:29
  • Ölkə

    U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!

    19.09.2026 - 14:22
  • Ölkə

    Azərbaycanlı dizayner Çində qızıl medal qazandı

    19.09.2026 - 14:15
  • Maqazin

    Ermənistan 500 km mənzilli PUA-larla güclənir

    19.09.2026 - 14:02
  • Kriminal

    Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı

    19.09.2026 - 13:54
  • İqtisadiyyat

    Saxara" salonunda SMM işçisi xadimə kimi çalışdırılır!

    19.09.2026 - 13:40
  • Ölkə

    AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi

    19.09.2026 - 13:33
  • Hadisə

    Həkəri çayında batan şəxsin meyiti tapıldı

    19.09.2026 - 13:26
  • Kriminal

    Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?

    19.09.2026 - 13:12
  • Ölkə

    Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü

    19.09.2026 - 12:51
M
MİNVAL .İNFO
Müstəqil · Peşəkar · Etibarlı

Minval.info — Azərbaycanda və dünyada baş verən ən son hadisələri peşəkar, operativ və obyektiv şəkildə işıqlandıran müstəqil xəbər portalı. Etibarlı mənbə, müasir medianın ünvanı.

Kateqoriyalar

  • Araşdırma
  • CANLI
  • CƏMİYYƏT
  • Dünya
  • Foto
  • Gündəm
  • Hadisə
  • Hərbi xəbər

Əlaqə

  • Bakı, Azərbaycan, Rüstəm Rüstəmov 44D
  • +994 50 309 81 48
  • [email protected]

© 2026 Minval.info Bütün hüquqlar qorunur.

Haqqımızda Əlaqə Reklam